Azərbaycanda meşə institutlarının yenidən qurulması məsələsi müzakirə olunub

Azərbaycanda meşə institutlarının yenidən qurulması məsələsi müzakirə olunub Bakı. 11 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Meşə Proqramının (MMP) yenilənməsi və Azərbaycanda meşə institutlarının yenidən qurulması adlı tədbir keçirilib.
Ekologiya
11 İyul , 2018 10:44
Azərbaycanda meşə institutlarının yenidən qurulması məsələsi müzakirə olunub
Report/Elçin Murad

Bakı. 11 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Milli Meşə Proqramının (MMP) yenilənməsi və Azərbaycanda meşə institutlarının yenidən qurulması" adlı tədbir keçirilib.

"Report"un məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Azərbaycanın meşə fondu o qədər də böyük deyil.

Onun sözlərinə görə, ölkədə meşəliyin inkişafı ilə bağlı nazirliyin icra etməsi üçün çoxlu proqramlar təqdim olunub: "Əsas məqsədimiz bu sahədə tanınmış təcrübələri öyrənmək və düzgün metodları seçib tədbiq etməkdir. Ona görə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təcrübəsi bizim üçün çox önəmlidir".

M.Babayev qeyd edib ki, bir neçə həftə əvvəl meşələrin invertallaşdırılmasına başlanılıb: "Meşə fondu ilə bağlı məsələlərin aydınlaşdırılması, dəqiqləşdirilməsi lazımdır".

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak deyib ki, meşələrin dayanıqlı idarə olunması üçün sistemli iş görülməlidir: "Hər kəsə məlumdur ki, meşələr Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Digər ölkələrlə müqayisədə burada meşələr azdır. Yeni meşə zolaqlarının salınması olduqca vacibdir. Yaşıllıq sahəsinin yaradılması üçün təşkilatımız hər zaman ölkələrə dəstək göstərir".

O əlavə edib ki, hazırda meşə ehtiyatlarının yoxlanılması ilə bağlı yeni layihə icra edilir: "Qax və Ağdaşda meşə idarəetmə planlarının hazırlanması, orada kənd icmalarının meşələrə təsirinin azadılması istiqamətində işlər həyata keçirilir".

Tədbir mövzu ətrafında çıxışlarla davam edib. 

Son xəbərlər

Orphus sistemi