Azərbaycanda istirahət gününün hava proqnozu açıqlanıb

Azərbaycanda istirahət gününün hava proqnozu açıqlanıb Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir
Ekologiya
14 Yanvar , 2017 11:57
Azərbaycanda istirahət gününün hava proqnozu açıqlanıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında bazar günü, yanvarın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, paytaxtda sabah cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, axşam şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi