Yuxarı
    Bağlamaq

    Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

    Bakıda 8 dərəcə isti olacaq

    Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb. 

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

    Axşam bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

    Havanın temperaturu Abşeronda gecə 2-4, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 80-90% təşkil edəcək.

    Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi