Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 7-11 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər saatlarında duman olacağı gözlənilir.
Temperaturun gecə 5 dərəcə şaxtadan 5 dərəcə istiyədək, gündüz 5-15 dərəcə isti olacağı gözlənilir.