Azərbaycanda havanın temperaturu 39 dərəcəyə qədər yüksələcək

Azərbaycanda havanın temperaturu 39 dərəcəyə qədər yüksələcək Bakıda şimal-qərb küləyi əsəcək
Ekologiya
21 İyun , 2015 12:24
Azərbaycanda havanın temperaturu 39 dərəcəyə qədər yüksələcək

Bakı. 21 iyun. REPORT.AZ/ Həftənin ilk iş günü - iyunun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, paytaxtda şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq. 

Son xəbərlər

Orphus sistemi