Yuxarı

Azərbaycanda havanın temperaturu 22 dərəcəyədək artacaq

Səhər bəzi yerlərdə zəif duman olacaq

Bakı. 6 aprel. REPORT.AZ/ Aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-18, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi