Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, temperatur 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, temperatur 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ Çaylarda sululuq artacaq
Ekologiya
14 Sentyabr , 2016 12:39
Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, temperatur 4-6 dərəcə aşağı enəcək  - XƏBƏRDARLIQ

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, sentyabrın 16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. 

Sentyabrın 15-i isə gündüz şimal və qərb rayonlarından başlayaraq 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı ehtimalı var.

Son xəbərlər

Orphus sistemi