Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Ekologiya
  • 06 mart, 2019
  • 11:09
Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından, martın 8-i axşamadək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-27 m/s-dək güclənəcəyi gözlənilir. 

Temperatur ötən günlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 7-si axşama doğru, martın 8-də hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperatur ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

44 - Tezliklə