Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək, qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək, qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ Bakıda bəzi yerlərdə intensiv qar yağacaq, 1-5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Ekologiya
30 Yanvar , 2017 12:57
Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək, qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində sabah gözlənilən hava proqnozu açıqlanıb.

"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, yanvarın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacaq, qar yağacaq. 

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 0-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 31-də, fevralın 1-də Abşeron yarımadasında xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün çox əlverişsizdir.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, yanvarın 31-dən, fevralın 2-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında hava şəraitinin yanvarın 31-də arabir yağıntılı olacağı və qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbərdarlığa görə, fevralın 2-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

Son xəbərlər

Orphus sistemi