Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, rayonlarda güclü yağış yağacaq, dolu düşəcək

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, rayonlarda güclü yağış yağacaq, dolu düşəcək Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq, leysan xarakterli intensiv olacaq, dağlıq ərazilərdə dolu düşəcək
Ekologiya
4 İyul , 2016 12:38
Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, rayonlarda güclü yağış yağacaq, dolu düşəcək

Bakı. 4 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan rayonlarında hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Departamentdən “Report”a verilən məlumata görə, iyul ayının 5-dən 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Son xəbərlər

Orphus sistemi