Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti mülayimləşib - FAKTİKİ HAVA

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti mülayimləşib - FAKTİKİ HAVA Hazırda Bakıda havanın temperaturu 6 dərəcə şaxtadır
Ekologiya
24 Fevral , 2021 18:44
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti mülayimləşib - FAKTİKİ HAVA

Fevralın 24-ü saat 18:00-a olan məlumata əsasən, qarın intensivliyi səngiyib.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Qusar, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Sarıbaş(Qax) , Kişçay(Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan, Zaqatala, Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Nabran, Ağsu, Mingəçevir, Xaçmaz, Şəmkirə qar yağmaqda davam edir.

Şimal-qərb küləyinin sürəti Bakıda 10-14 m/s, Abşeronda 18-23 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5.4 metrdir.

Hazırda Bakıda havanın temperaturu 6 dərəcə şaxtadır.

Son xəbərlər

Orphus sistemi