2019-cu ildən başlayaraq Azərbaycanda mövcud olan hava keyfiyyəti üzrə monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb, avtomatik rejimdə çalışan beş stansiya quraşdırılıb.
"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, avtomatik stansiyalar Bakı şəhərində 3 ədəd, Sumqayıt və Gəncə şəhərlərində isə 1 ədəd olmaqla quraşdırılıb.
"Stansiyalardan atmosfer havasındakı toz hissəcikləri və qaz birləşmələrinin monitorinq nəticələri əldə olunaraq Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinə ötürülür. Monitorinq stansiyaları ilə əhatə olunmayan ərazilərdə isə hava keyfiyyətinin operativ qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir", - o vurğulayıb.