Azərbaycanda bayram günlərinə olan hava proqnozu açıqlanıb

Azərbaycanda bayram günlərinə olan hava proqnozu açıqlanıb Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda bayram günlərinə olan ilkin hava proqnozu açıqlanıb.
Ekologiya
27 Dekabr , 2018 13:57
Azərbaycanda bayram günlərinə olan hava proqnozu açıqlanıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda bayram günlərinə olan ilkin hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 31-də Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gündüz 6-8, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 3 dərəcəyə yaxın olacaq.

Yanvarın 1-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi