​Azərbaycanda balıq ovuna tətbiq edilən qayda digər su bioresurslarına da aid ediləcək

​Azərbaycanda balıq ovuna tətbiq edilən qayda digər su bioresurslarına da aid ediləcək Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nda dəyişikliklər edib
Ekologiya
5 İyul , 2015 07:50
​Azərbaycanda balıq ovuna tətbiq edilən qayda digər su bioresurslarına da aid ediləcək

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nda dəyişikliklər edib.

“Report”un məlumatına görə, dəyişiklik balıq və digər su bioresurslarının ovlanması ilə bağlıdır.

Belə ki, sərhəd sularında balıq və digər su bioresurslarının ovuna və digər işlərin yerinə yetirilməsinə yalnız günün işıqlı vaxtı icazə verilir.

Dəyişikliyə əsasən, balıqçı gəmisinin çıxışı rəsmiləşdirilərkən, əlavə olaraq, sənaye məqsədi ilə balıq və digər su bioresurslarını ovlamaq üçün rayonların xəritəsi, beynəlxalq konvensiyalar tətbiq olunan rayonlarda balıq və digər su bioresurslarının ovu ilə məşğul olmağa dair müvafiq icazə, balıq və digər su bioresurslarının ovu zamanı üzmə və ovun aparılması qaydaları və yaxud onları əvəz edən və digər sənədlər toplusu yoxlanılmalıdır.

İndiyədək bu qayda yalnız balıq ovuna tətbiq edilirdi.

Son xəbərlər

Orphus sistemi