Bakı. 12 may. REPORT.AZ/ "Mart ayında yağıntıların çox olması səbəbindən baş verən aktivləşmələrdən sonra aprel ayında sürüşmə zonalarında elə də ciddi aktivləşmə olmayıb". Bu barədə "Report"a
O bildirib ki, keçən ay sürüşmə zonalarında aparılan monitorinqlərdə elə ciddi dəyişiklik qeydə alınmayıb: "Aprel ayında Bakı və Abşeron yarımadasındakı klassik sürüşmə sahələrində dəyişiklik baş verməyib. Həmin ərazilərdə mövcud sürüşmə sahələrində vəziyyət stabildir. Əsasən sürüşmə baş vermiş və tədbirlərin həyata keçirildiyi ərazilərdə vəziyyət sakitdir. Digər ərazilərində də monitorinq keçirilib. Elə bir ciddi dəyişiklik qeydə alınmayıb”.
S.Əmiraslanov eyni zamanda respublika ərazisində sürüşmənin aktiv olduğu yerlərin adını xatırladıb: "Aktivləşmə prosesi hər zaman olduğu kimi Masallı-Yardımlı və Lənkəran-Lerik avtomobil yolunda olur. Bundan başqa, Quba-Xınalıq, Quba-Qonaqkənd, Ağsu aşırımı, Bakı-Şamaxı və Muğanlı-İsmayıllı avtomobil yollarında nisbətən aktivləşmə qeydə alınıb”.