Azərbaycanda 16 dağ piyada marşrutu hazırlanıb

Azərbaycanda 16 dağ piyada marşrutu hazırlanıb “Azərbaycanda 16 dağ piyada marşrutu hazırlanıb və bu, tələb əsasında müəyyən regionları əhatə edir”
Ekologiya
25 May , 2021 16:28
Azərbaycanda 16 dağ piyada marşrutu hazırlanıb
0 : 00
0 : 00

“Azərbaycanda 16 dağ piyada marşrutu hazırlanıb və bu, tələb əsasında müəyyən regionları əhatə edir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı sektorunun müdiri Şərifə Həsənova “Ekspert saatı”nda deyib.

O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həmin marşrutların bəzi Milli parkların ərazisindən keçməsi təmin ediləcək: “Artıq müəyyən işarələmə prosesi həyata keçirilir. Misal olaraq, şimal regionunda 6 ədəd marşrut hazırdır. Növbəti marşrutun cənub zonasında, xüsusilə Talış dağlarında olması planlaşdırılır. Hirkan Milli parkının ərazisində işarələrin yerləşdirilməsi nəzərdə tutulub”.

Son xəbərlər

Orphus sistemi