Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan və Rusiya Qafqazda bəbir populyasiyasının bərpası üçün yasaqlıq yaradacaq.
"Report" Rusiya Təbii Sərvətlər və Ekologiya Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, artıq qurum rəhbəri Sergey Donskoy Qafqazda Ön Asiya bəbirinin populyasiyasının bərpası üzrə işlərin gedişatının müzakirəsinin yekunu olaraq bu barədə müvafiq departamentlərə lazımi təlimat verib.
Yasaqlıq Zaqatala Dövlət Təbiət Qoruğu və "Tlyaratinski" Federal Yasaqlığının (Dağıstan) tərkibində yaradılacaq.
S.Donskoy həmçinin 2016-cı ilin sonuna qədər Dağıstan Respublikasının ərazisində Qafqazda Ön Asiya bəbirinin populyasiyasının bərpası üzrə proqramın tam həyata keçirilməsi ilə bağlı təlimat da verib.