Azərbaycan və Belarus ətraf mühitin mühafizəsi sahəsində sazişin həyata keçirilməsi üzrə proqram imzalayacaq

Azərbaycan və Belarus ətraf mühitin mühafizəsi sahəsində sazişin həyata keçirilməsi üzrə proqram imzalayacaq Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Belarusa səfəri çərçivəsində adıçəkilən ölkənin təbii sərvətlər və ətraf mühitin mühafizəsi naziri Andrey Xudıkla görüşüb.
Ekologiya
12 Sentyabr , 2018 10:27
Azərbaycan və Belarus ətraf mühitin mühafizəsi sahəsində sazişin həyata keçirilməsi üzrə proqram imzalayacaq
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Belarusa səfəri çərçivəsində adıçəkilən ölkənin təbii sərvətlər və ətraf mühitin mühafizəsi naziri Andrey Xudıkla görüşüb.

"Report" BELTA-ya istinadən xəbər verir ki, danışıqlarda Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov da iştirak edib.

Azərbaycanlı nazir belaruslu həmkarı ilə görüşdə ölkəmizin Belarusun ətraf mühitin dövlət idarəedilməsi, tullantıların idarə olunmasının tənzimlənməsi və xüsusi qorunan ərazilər sisteminin inkişafı üzrə təcrübəsi ilə maraqlandığını diqqətə çatdırıb.

Belaruslu nazir isə öz növbəsində, iki ölkənin ekologiya qurumları arasında hidrometeorologiya, geologiya, kəşfiyyat və mineral ehtiyatların işlənilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin məqsədəuyğunluğunu vurğulayıb.

Qeyd edək ki, səfərin yekununda tərəflər ətraf mühitin mühafizəsi sahəsində nazirliklər arasında 2010-cu ildə imzalanmış sazişin həyata keçirilməsi üzrə proqram imzalamağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi