Bakı. 2 iyun.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Xəzər neft-qaz konfransında Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev bildirib.
Onun sözlərinə görə, neft-qaz hasilatı zamanı atmosferə atılan qazların yığılması, neft-qaz emalında, paylama şəbəkələrində qaz sızmalarının qarşısının alınması ilə bağlı qəbul olunmuş strategiyaya əsasən, 2030-cu ilə qədər atmosferə atılan fugitiv emissiyaların həcminin kəskin azaldılması planlaşdırılır.
"Azərbaycan qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə töhfəsi olaraq baza ili ilə (1990-ci il) müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanmasını hədəf kimi götürüb", - deyə nazir müavini qeyd edib.