Bu gün neftçilər 100 min ağac əkiblər.
"Report" xəbər verir ki, bununla da son illərdə
*** 11:48
Birinci vitse-prezident
"Report" xəbər verir ki, öncə SOCAR-ın prezidenti
Dekabrın 6-da reallaşan aksiya çərçivəsində əkilmiş 100 min ağacın 45 mini “Azneft”, 15 mini “Azəriqaz” və “Azərikimya” İstehsalat Birliklərinin, H.Əliyev adına Neft Emalı Zavodunun, Qaz İxrac və Neft Kəmərləri idarələrinin, 40 mini isə digər idarə və müəssisələrinin ərazilərində əkiləcək. Ağacəkmə kampaniyasına SOCAR-ın bir sıra birgə müəssisələri və tərəfdaş şirkətlər də qoşulublar. Ümid istehsalat və təchizat bazasının ərazisində 2 min ağac “SOCAR AQŞ” tərəfindən əkilməsi nəzərdə tutulub.
Xatırladaq ki, SOCAR-da neft və neft məhsulları ilə çirklənmiş ərazilərin bərpası və bu ərazilərdə geniş yaşıllıq zolaqlarının yaradılması işlərinə 2006-cı ildən start verilib. Şirkətin istehsalat sahələrində ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə vaxtaşırı həyata keçirilən yaşıllaşdırma işləri və meşə massivlərinin salınması layihələri bu gün də uğurla icra olunur. SOCAR hər il “Eko Park” ərazisində təxminən 100 min ağac tingi yetişdirərək müəssisə və idarələrə paylanmasını və əkilməsini təmin edir. Dekabrın 6-da əkilmiş 100 min ağacla birlikdə SOCAR-ın cari ildə əkdiyi ağacların sayı 200 minə yaxınlaşıb. Ümumilikdə isə indiyə qədər keçirilən tədbirlər nəticəsində SOCAR üzrə 500 hektardan artıq ərazidə 1 milyona yaxın ağac və gül kolu əkilib, bitkilərin inkişaf fazalarına uyğun onlara davamlı aqrotexniki qulluq göstərilib.