Azərbaycan ilə Belarus ətraf mühitin mühafizəsinə dair “yol xəritəsi” imzalayıb

Azərbaycan ilə Belarus ətraf mühitin mühafizəsinə dair “yol xəritəsi” imzalayıb Bakı. 13 sentyabr. REPORT.AZ/ Azərbaycan və Belarus arasında ətraf mühitin mühafizəsinə dair ekollogiya qurumları səviyyəsində əməkdaşlıq sazişinin icrası üçün 2018-2019-cu illəri əhatə edən proqram imzalanıb.
Ekologiya
13 Sentyabr , 2018 14:29
Azərbaycan ilə Belarus ətraf mühitin mühafizəsinə dair “yol xəritəsi” imzalayıb
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ Azərbaycan və Belarus arasında ətraf mühitin mühafizəsinə dair ekollogiya qurumları səviyyəsində əməkdaşlıq sazişinin icrası üçün 2018-2019-cu illəri əhatə edən proqram imzalanıb.

“Report”un “BelTA”ya istinadən verdiyi xəbərə görə, sənədi Minsk şəhərində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Belarusun təbii sərvətlər və ətraf mühitin mühafizəsi naziri Aleksandr Xudık imzalayıblar.

M.Babayev ölkəsinin ətraf mühitin mühafizəsi sahəsində Belarus təcrübəsinə maraq göstərdiyini bildirib: “Bu gün imzaladığımız sənəd 2018-2019-cu illər ərzindəki fəaliyyətimizi əhatə edən yol xəritəsidir. Burada məlumat və mütəxəssis mübadiləsi, biomüxtəlifin qorunması üçün müxtəlif tədbirlər və birgə layihələr nəzərdə tutulur. Bu yaxınlarda müştərək işlərimizin daha ətraflı planı tərtib olunacaq”.

A.Xudık da ölkəsinin sözügedən sahədəki təcrübəsini paylaşmağa hazır olduğunu qeyd edərək Azərbaycanın da maraqlı iş təcrübəsinə malik olduğunu diqqətə çatdırıb: “Belarus üçün mineral-xammal bazasının inkişafı, Azərbaycan üçün isə neft geologiyası öncül məsələdir. Belə ki, Azərbaycan tərəfi ilə yaxından əməkdaşlıq etmək, onların təcrübəsindən yüksək səviyyədə bəhrələnmək niyyətindəyik”.

Belaruslu nazir Azərbaycanın hidrometeorologiya və ətraf mühit qanunçuluğu sahəsindəki təcrübəsilə də maraqlandıqlarını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan da Avropa bizonlarını öz ərazisində məskunlaşdıraraq artırmaq arzusundadır.

Son xəbərlər

Orphus sistemi