Azərbaycan ərazisində havanın temperaturu kəskin şəkildə aşağı düşəcək

Azərbaycan ərazisində havanın temperaturu kəskin şəkildə aşağı düşəcək Sabah rayonlarda leysan xarakterli yağış yağacaq
Ekologiya
7 Oktyabr , 2015 13:01
Azərbaycan ərazisində havanın temperaturu kəskin şəkildə aşağı düşəcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ Sabah Azərbaycan rayonlarında leysan xarakterli yağış yağacaq. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərinə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, günün birinci yarısında 20-23, ikinci yarısında 15-17, Bakıda isə gecə 16-18, günün birinci yarısında 20-22, ikinci yarısında 15-17 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli yağış olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza əsasən, oktyabrın 8-9-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişiləcəyi, ayın 8-də atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəcəyi və oktyabrın 9-da havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.

Son xəbərlər

Orphus sistemi