Azərbaycan ərazisində hava kəskin soyuyacaq, temperatur 3-5 dərəcə aşağı enəcək

Azərbaycan ərazisində hava kəskin soyuyacaq, temperatur 3-5 dərəcə aşağı enəcək Bəzi rayonlarda sulu qar, qar yağacaq
Ekologiya
13 Yanvar , 2016 12:31
Azərbaycan ərazisində hava kəskin soyuyacaq, temperatur 3-5 dərəcə aşağı enəcək

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində hava kəskin soyuyacaq, temperatur 3-5 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, yanvarın 15-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Temperatur ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Son xəbərlər

Orphus sistemi