Yuxarı

Azərbaycan elmi üçün yeni 2 növ həşərat aşkar olunub

B­alakən rayonu və Naxçıvan Muxtar Respubl­ikasında aparılan tədqiqatlar nəticəsind­ə tapılıb

Bakı. 13 noyabr. REPORT.AZ/ B­alakən rayonu və Naxçıvan Muxtar Respubl­ikasında aparılan tədqiqatlar nəticəsind­ə elm üçün yeni 2 növ iynəcə (Cordulegaster plagionyx Skvortsov & Sneg­ovaya 2015 və C.nachitischevanica Skvort­sov & Snegovaya 2015) aşkar edilib. ­Bu barədə "Report"a Zoologiya İnstitutundan məlumat verilib.
Məlumata görə, tətqiqatı İnstitutun Araxnologiya laborat­oriyasının böyük elmi işçisi, biologiya ­üzrə elmlər doktoru Nataliya Sneqovaya aparıb.
Bundan başqa, alim tərəfindən aparılan ar­aşdırmalarda Azərbaycan faunası üçün yen­i olan 13 növ iynəcə (Lestes dryas, L.sponsa, L.virens, Coenag­rion hastulatum, C.lunulatum, C.ornatum,­ C.pulchellum, Aeshna affinis, Brachytro­n pratense, Cordulegaster picta, Somatoc­hlora flavomaculata, Sympetrum flaveolum, ­S.vulgatum­) qeyd olunub.­

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi