Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb Razılaşmanı Prezident İlham Əliyevin tapşırığı ilə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov imzalayıb
Ekologiya
23 Aprel , 2016 09:19
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb

Bakı. 23 aprel. REPORT.AZ/ Nyu-Yorkda BMT-nin mənzil-qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimi keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını Azərbaycan hökuməti adından Prezident İlham Əliyevin tapşırığı ilə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

Qeyd edək ki, Paris Razılaşması 12 dekabr 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul olunub. Sənəd ekoloji cəhətdən davamlı gələcəyə yol açır və qlobal temperaturun Selsi ilə 1,5 dərəcə səviyyəsində saxlanılmasını vəd edir.

Son xəbərlər

Orphus sistemi