Azad edilmiş ərazilərdə yerquruluşu üzrə çölölçmə işləri yekunlaşıb

Azad edilmiş ərazilərdə yerquruluşu üzrə çölölçmə işləri yekunlaşıb İşğaldan azad olurmuş ərazilərdə torpaqların elektron kadastr uçotu işlərində 2022, 2023 və 2024-cü ilin 9 ayı ərzində Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Xocalı, Ağdərə rayonlarında və Şuşa şəhərində yerquruluşu üzrə çö
Ekologiya
10 Oktyabr , 2024 14:49
Azad edilmiş ərazilərdə yerquruluşu üzrə çölölçmə işləri yekunlaşıb
Çingiz Tanrıverdiyev

İşğaldan azad olurmuş ərazilərdə yerquruluşu üzrə çölölçmə işləri yekunlaşıb.

"Report"un Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O bildirib ki, bu işlər ümumilikdə 1 milyon 134 min 669 hektar ərazidə baş tutub. Hazırda Şuşa şəhəri və Ağdərə rayonunda çöl ölçmə işləri davam etdirilir:

"İşğaldan azad olurmuş ərazilərdə torpaqların elektron kadastr uçotu işlərində 2022, 2023 və 2024-cü ilin 9 ayı ərzində Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Xocalı, Ağdərə rayonlarında və Şuşa şəhərində yerquruluşu üzrə çölölçmə işləri yekunlaşıb".

"Bu günə kimi 857 min 232 ha (Zəngilan rayonu üzrə 70860.27 ha, Qubadlı rayonu üzrə 79875.7 ha, Kəlbəcər rayonu üzrə 195406.3 ha, Cəbrayıl rayonu üzrə 104936, 53 ha, Laçın rayonu üzrə 183107,44, Ağdam rayonu üzrə 73281,35 ha, Füzuli rayonu üzrə 56953,66 ha və Xocalı rayonu üzrə 62870 ha) ərazinin elektron kadastr uçot məlumatları TEKUIS-ə miqrasiya edilərək bu rayonlar üzrə yerquruluşu işləri başa çatdırılıb. Hazırda kameral şəraitdə emal işləri yekunlaşmış Xocavənd rayonu üzrə kadastr məlumatları TEKUİS-ə miqrasiya edilməsi üçün hazırlanır", - Ç.Tanrıverdiyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi