Avqustun 9-da Bakıda 43 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Avqustun 9-da Bakıda 43 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA Müşahidə olunan temperatur rekord göstəricisinin təzələnməsinə səbəb olub
Ekologiya
10 Avqust , 2017 11:06
Avqustun 9-da Bakıda 43 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Bakı. 10 avqust. REPORT.AZ/ Avqustun 9-da müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 9-da Abşeron yarımadasında 40-41, Bakıda isə 43 dərəcə isti qeydə alınıb. Bu da 2015-ci il avqustun 2-də müşahidə olunmuş 41 dərəcə rekord göstəricisinin təzələnməsinə səbəb olub. Əksər rayonlarda havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi