Bakı. 14 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları”nda dəyişikliklər edilib.
“Report” xəbər verir ki, bu barədə sənədi Baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara görə, qaydaların 2.1.3-cü, 2.1.6-cı, 2.1.8-ci və 2.1.9- cu yarımbəndləri ləğv edilib və onlara aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilib:
“2.1-1. Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsinə görə ödəmə haqları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə uyğun olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödənilir və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunur.”.