BŞİH: Atatürk parkında əsaslı təmir-yenidənqurma işləri aparılır

BŞİH: Atatürk parkında əsaslı təmir-yenidənqurma işləri aparılır Bakı. 28 yanvar. REPORT.AZ/ Bakının Nərimanov rayonunda yerləşən Atatürk parkı hazırda əsaslı təmir olunur.
Ekologiya
28 Yanvar , 2019 15:51
BŞİH: Atatürk parkında əsaslı təmir-yenidənqurma işləri aparılır

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakının Nərimanov rayonunda yerləşən Atatürk parkı hazırda əsaslı təmir olunur.

Bu barədə “Report”a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, parkın müasir standartlara cavab verən şəkildə yenidən qurulması nəzərdə tutulub.

“Parkda müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılacaq, o cümlədən parkda istirahət edən insanların müəyyən tələblərini ödəmək üçün bir neçə ictimai iaşə obyekti istifadəyə veriləcək. Parkdakı obyektlərin sənədləri araşdırılıb. Mülkiyyət sənədləri (Çıxarışı) olan obyekt sahiblərinə obyektlərində müasir standartlara, parkın yeni layihəsinə uyğun formada yeniləşdirmə aparılması işləri tapşırılıb. Digər işlər isə layihə sənədlərində nəzərdə tutulub. O cümlədən parkdakı ağacların budanması, cavanlaşdırılması işləri də görülür. Bu işlər Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma departamenti tərəfindən həyata keçirilir”, - məlumatda qeyd olunub.

BŞİH-dən bildirilib ki, layihəyə uyğun olaraq, gələcəkdə parkda əlavə digər ağacların, kolların əkilməsi, güllərdən müxtəlif kompozisiyaların düzəldilməsi, qazon örtüyünün yenilənməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi