Yuxarı

Baş hidroloq: "Aprelin 1-dən etibarən Azərbaycanda əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır"

Hazırda ölkədə müşahidə olunan temperatur mart ayı üçün xarakterikdir

Bakı. 30 mart. REPORT.AZ/ Bu ayın son günü üçün Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, martın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq.

Martın 31-də Azərbaycan rayonlarında hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz yağıntıların bəzi yerlərdə kəsiləcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

O, həmçinin qeyd edib ki, sabah gündüzdən başlayaraq yağıntıların bəzi yerlərdə kəsiləcəyi gözlənilir. Aprelin 1-dən etibarən ölkədə əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. A.Verdiyev əlavə edib ki, hazırda ölkədə müşahidə olunan temperatur mart ayı üçün xarakterikdir. 

Tibbi meteoroloji proqnoza gəlincə, martın 31-dən aprelin 2-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi