Altıağacda qonur ayılar peyvəndlənib

Altıağacda qonur ayılar peyvəndlənib Vəhşi heyvanların müayinə, müalicəi və peyvəndlənməsi təcrübəsini bölüşmək, bu sahədə yeni, daha innovativ metodlar tətbiq etmək məqsədilə “Four Paws Global International” heyvanların mühafizəsi təşkilatının nümayəndələri Azərbaycana səfər edib.
Ekologiya
7 Noyabr , 2023 15:18
Altıağacda qonur ayılar peyvəndlənib

Altıağac Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində saxlanılan qonur ayılar peyvənd olunub.

“Report”un Xızıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, vəhşi heyvanların müayinə, müalicə və peyvəndlənməsi təcrübəsini bölüşmək, bu sahədə yeni, daha innovativ metodlar tətbiq etmək məqsədilə “Four Paws Global International” heyvanların mühafizəsi təşkilatının nümayəndələri Azərbaycana səfər edib.

GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının rəhbəri Fərid Mansurovun təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində mütəxəssislər Altıağac Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində saxlanılan qonur ayıların müayinə, müalicə və peyvəndlənməsi həyata keçirib.

Eyni zamanda “Four Paws” təşkilatının nümayəndələri Altıağac Milli Parkında yerləşən vəhşi təbiətin reabilitasiya mərkəzində 7-9 noyabr tarixlərində Azərbaycan Aqrar Universitetindən tələbə və müəllimləri, o cümlədən Bakı Zooparkının həkimləri üçün təlim keçib.

Baytar tələbə və müəllimlər vəhşi heyvanlar üzərində aparılacaq müayinə, diaqnostika, müalicə və əməliyyatları görmək və bu təcrübədən yararlanmaq üçün fürsət əldə ediblər.

Səfər çərçivəsində “Four Paws” təşkilatı ilə Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında əməkdaşlığın əsası qoyulub.

Son xəbərlər

Orphus sistemi