İradə İbrahimova: "Aksiyalara başladıq ki, balıqları məhv edənlər bilsin və qorxsun"

İradə İbrahimova: "Aksiyalara başladıq ki, balıqları məhv edənlər bilsin və qorxsun" Xəzərdə, eləcə də bütün su hövzələrində balıqların qadağan olunmuş sintetik torlarla, elektrik cərəyanları ilə ovlanması cinayətdir. Qadağan olunmuş bu cür alətlərdən istifadə edənlər təbiət düşmənləridir. Çünki balıqları bu cür vəhşicəsinə ovlayanlara ancaq belə ad vermək olar. Düşünürəm ki, bu hal hamını narahat etməlidir.
Ekologiya
16 Oktyabr , 2019 13:56
İradə İbrahimova: Aksiyalara başladıq ki, balıqları məhv edənlər bilsin və qorxsun

"Xəzərdə, eləcə də bütün su hövzələrində balıqların qadağan olunmuş sintetik torlarla, elektrik cərəyanları ilə ovlanması cinayətdir. Qadağan olunmuş bu cür alətlərdən istifadə edənlər təbiət düşmənləridir. Çünki balıqları bu cür vəhşicəsinə ovlayanlara ancaq belə ad vermək olar. Düşünürəm ki, bu hal hamını narahat etməlidir". 

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O qeyd edib ki, belə torların flora və faunaya, ətraf mühitə mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür: "Bu balıqların kütləvi məhvinə səbəb olmaqla yanaşı, təbii yolla çürüyüb parçalanmadığından torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq sututarları və ətraf mühiti çirkləndirir. Ona görə də onların istifadəsinə son qoyulmalıdır. Çünki bu, bir cinayət əməlidir. Düzdür, bunun tədbirini hüquq-mühafizə orqanları görür, lakin bu gün belələrinin ictimaiyyət tərəfindən qınanması da təsirli vasitədir". 

"Hər birimiz əl-ələ verib bu vəhşiliyə qarşı mübarizə aparmalıyıq ki, təbiət düşmənləri necə qəddar və günah bir işlə məşğul olduqlarından utansınlar. Biz balıqların qadağan olunmuş ov alətləri ilə, sintetik torlarla, elektrik cərəyanları ilə ovlanmasının aradan qaldırılması və bu torların yığışdırılması üçün dənizdə, ümumiyyətlə bütün su hövzələrində və sahillərdə aksiyalara başladıq ki, balıqları məhv edənlər bilsin və qorxsun", - nazirlik rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi