Akademik: “Xəzər dənizinin səviyyəsinin düşməsi turizm sektoruna təsir edir”

Akademik: “Xəzər dənizinin səviyyəsinin düşməsi turizm sektoruna təsir edir” “Xəzər dənizinin səviyyəsinin düşməsi turizm sektoruna da təsir edir”.
Ekologiya
5 İyul , 2022 17:56
Akademik: “Xəzər dənizinin səviyyəsinin düşməsi turizm sektoruna təsir edir”
Həsən Nəbiyev

“Xəzər dənizinin səviyyəsinin düşməsi turizm sektoruna da təsir edir”.

Bunu “Report”a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın sahilyanı bölgələrində turizm bazaları fəaliyyət göstərir, Xəzər dənizinin səviyyəsinin düşməsi ilə isə sahil xətti kurort mərkəzlərindən uzaqlaşır.

Zakir Eminov Xəzər dənizinin çirklənməsi probleminə də toxunub və bunun səbəblərindən biri kimi balıqçılığı göstərib.

“Ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən Xəzər sahili boyunca, o cümlədən Azərbaycanda dəniz sahilinin mənimsənilməsi baş verir ki, bu da ekoloji vəziyyətə təsir edir. Çirkab sularının təmizlənməsi problemi də aktual olaraq qalır”, - o vurğulayıb.

Z.Eminov vurğulayıb ki, 2005-ci ildən etibarən Xəzərin səviyyəsinin düşməsi sürətlənib: "Bu, iqlim dəyişikliyi, çaylarda, o cümlədən Kür çayında su sərfiyatının azalması ilə bağlıdır".

Akademik Xəzər dənizinin həm Azərbaycan, həm də bütün region üçün mühüm əhəmiyyətə malik olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi