Yuxarı

Ağsuda ağacəkmə kampaniyası keçirilib - VİDEO

Ağsuda ağacəkmə kampaniyası keçirilib

Azərbaycanın dahi mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Ağsu rayon sakinləri də böyük həvəslə qoşulublar.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Nəsimi irsinin daha geniş təbliği, eyni zamanda yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi məqsədilə ağac əkini üçün nəzərdə tutulan ərazi əvvəlcədən təmizlənib, hamarlanıb, cızlar çəkilib, çalalar qazılıb, əkinə tam hazır vəziyyətə gətirilib.

Bu kampaniyada yüksək fəallıq göstərən rayon sakinləri tərəfindən dekabrın 6-da Ülgüc kəndi yaxınlığında meşə fondu torpaqlarına aid 2 hektar ərazidə 4 min ədəd tut tingi, eləcə də Bakı-Şamaxı-Yevlax magistral yolunun rayon ərazisindən keçən hissəsində 1000 ədəd eldar şamı əkilib. 

Ağac əkilən ərazilərdə abadlıq-təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib və suvarılması həyata keçirilib.

Qeyd edək ki, bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start verilib. Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkilir. Ən çox bar verən nektar ağaclarının əkilməsinə üstünlük verilir. Ölkədə, ümumilikdə, 650 min ağac əkiləcək.

Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi