Yuxarı

Ağsu rayonu ərazisindən keçən çaylar quruyub

Havaların həddən artıq isti keçməsi Ağsu və Girdiman çaylarının qurumasına səbəb olub

Bakı. 28 iyul. REPORT.AZ/ Ağsu rayonu ərazisindən keçən çaylar quruyub. "Report"un məlumatına görə, havaların həddən artıq isti keçməsi Ağsu və Girdiman çaylarının qurumasına səbəb olub. Ağsu çayı rayon mərkəzindən keçməklə onu ikiyə bölən yeganə çaydır və həmişə gursulu olub. Bu çayın qismən qurumasına sonuncu dəfə 1998-ci ildə rast gəlinib. Hazırda çay son iki ayda su üzünə həsrətdir. Quraqlıqdan çay torpağında irili-xırdalı çatlar əmələ gəlib.

Ağsu çayı rayonun Bico, Qəşəng, Ləngəbiz, Gəgəli, Navahı və digər 8 kəndinin kənd təsərrüfatını su ilə təmin edib. Hazırda çayın quruması nəticəsində bu kəndlərin əkin-biçin sahələri, həyətyanı tərəvəz və bostan bitkiləri, eləcə də meyvə ağacaları susuzluqdan məhv olur.

Sakinlərin sözlərinə görə, havanın həddən artıq isti və quraq keçməsi Ağsu və Girdiman çaylarının qurumasına səbəb olan əsas amillərdən biridir. Əksər kəndlərin su mənbəyi olan çayların quruması kənd təsərrüfatını iflic vəziyyətə salıb.

Kəndlərdən keçən və mənbəyini çaydan götürən irili-xırdalı arxlar da tam quruyub. Odur ki, hektarlarla taxıl, otlaq və üzümçülük sahələri su ilə vaxtaşırı təmin edilmədiyindən məhsul yığmı bir qədər aşağı olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi