Agentlik rəhbəri: Azad olunmuş ərazilərdə də ekoloji layihələrin icrası nəzərdə tutulur

Agentlik rəhbəri: Azad olunmuş ərazilərdə də ekoloji layihələrin icrası nəzərdə tutulur İşğaldan azad olunmuş ərazilərdə də ekoloji layihələrin icrası nəzərdə tutulur.
Ekologiya
13 Sentyabr , 2024 16:44
Agentlik rəhbəri: Azad olunmuş ərazilərdə də ekoloji layihələrin icrası nəzərdə tutulur
Mirsalam Qənbərov

İşğaldan azad olunmuş ərazilərdə də ekoloji layihələrin icrası nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə Heyətinin sədri Mirsalam Qənbərov jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki həmin ərazilərin hələki sıx yaşayış ərazisində çevrilməməsi layihələrin həyata keçirilməsini asanlaşdırır:

"İşğaldan azad olunmuş ərazilərdə keçirilmiş ekoloji terror aktlarının verdiyi zərərləri nəzərə alaraq həmin ərazilərdə arzulanan bütün ekoloji məsələlər həyata keçirilən layihələrin tərkib hissəsindədir.

Bakının 25 faizi yaşıllıqdırsa, işğaldan azad olunmuş ərazilərin 50 faizdən çox hissəsi yaşıllıqla örtülüb. Həmin ərazilərdə hələ ki yaşayışın olmaması yeni yaşayış massivlərinin salınması üzrə layihələrdə arzuolanan məsələlərin həllini asanlaşdırır".

Son xəbərlər

Orphus sistemi