Ağdaşda tullantıların çeşidlənməsi məntəqəsinin inşası layihəsi təqdim olunub

Ağdaşda tullantıların çeşidlənməsi məntəqəsinin inşası layihəsi təqdim olunub Ağdaşda Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş “Ağdaş rayonunda tullantıların çeşidlənməsi məntəqəsinin inşası” layihəsinin təqdimat mərasimi həyata keçirilib.
Ekologiya
24 Noyabr , 2022 19:59
Ağdaşda tullantıların çeşidlənməsi məntəqəsinin inşası layihəsi təqdim olunub

Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş “Ağdaş rayonunda tullantıların çeşidlənməsi məntəqəsinin inşası” layihəsinin təqdimat mərasimi həyata keçirilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, benefisiar təşkilat olan “İnkişaf 2006” Sosial Dəstək İctimai Birliyinin icraçı direktoru Fizuli Abıyev, idarə, müəssisə və təşkilatlıarın rəhbərləri iştirak ediblər.

Açılış mərasimində qırmızı lent kəsildikdən sonra Sosial Dəstək İctimai Birliyinin icraçı direktoru Fizuli Abıyev istifadə ediləcək yandırma, presləmə və digər avadanlıqlar barədə iştirakçılara məlumat verib.

Qeyd olunub ki, layihədə əsas məqsəd Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində yerləşən tullantı poliqonu ərazisində tullantıların çeşidlənməsi bölməsi, hidravlik presləmə avadanlığı və yandırıcı avadanlıq ilə təchiz olunan məntəqənin inşası, kağız və plastic növlü tullantıların yenidən istifadə edilməsinə nail olmaqla yanaşı, həm də tibbi tullantıların təhlükəsiz şəraitdə yandırılmasının təşkil etməkdir.

Yeni tikilən məntəqə Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən istifadə edilərək poliqondakı tullantıların azaldılması və əhalinin yerləşdiyi ərazinin ekoloji şəraitinin yaxşılaşdırılmasına xidmət göstərəcəyi planlaşdırılır. Layihənin icrası üçün Yaponiya hökuməti təqribən 152,310 manat (90,124 ABŞ dolları) məbləğində qrant ayırıb.

Qeyd edək ki, bu günə kimi Azərbaycanda ”Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində 283 layihə icra olunub. Bu layihələrin ümumi qrant məbləği isə 23 890 min ABŞ dollarını keçib.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” Azərbaycan Respulikasının əhalisinin social rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür və bu layihə ilə bağlı Yaponiyanın Azərbaycandakı səfirliyinə müraciət edilə bilər.

Son xəbərlər

Orphus sistemi