Ağac kəsənlərlə bağlı polisə müraciət olundu

Ağac kəsənlərlə bağlı polisə müraciət olundu Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 4 saylı dolayında &beş fıstıq ağacının kəsilməsi faktı aşkar edib.&
Ekologiya
246
2 İyul , 2020 09:42
Ağac kəsənlərlə bağlı polisə müraciət olundu

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 4 saylı dolayında  beş fıstıq ağacının kəsilməsi faktı aşkar edib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, faktla bağlı akt tərtib olunub və təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün İsmayıllı rayon polis şöbəsinə müraciət olunub.