Asiya İnkişaf Bankı CAREC ölkələri üçün regional iqlim dəyişikliyi proqramı üzərində işləyir

Asiya İnkişaf Bankı CAREC ölkələri üçün regional iqlim dəyişikliyi proqramı üzərində işləyir Asiya İnkişaf Bankı (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) ölkələri üçün regional iqlim dəyişikliyi proqramı üzərində işləyir.
Ekologiya
4 May , 2024 16:11
Asiya İnkişaf Bankı CAREC ölkələri üçün regional iqlim dəyişikliyi proqramı üzərində işləyir

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) ölkələri üçün regional iqlim dəyişikliyi proqramı üzərində işləyir.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi baş müşaviri Uorren Evans brifinqdə deyib.

“CAREC regionunun bir çox ölkəsi xeyli aşağı səviyyədə emissiyalara malikdir. Lakin eyni zamanda onlar öz enerji sektorlarını bərpa olunan enerjinin daha yüksək səviyyələrinə keçirmək və enerji səmərəliliyi üzrə bir sıra tədbirlər görmək və s. üçün unikal imkanlara malikdirlər. Biz bu işdə ölkələri dəstəkləyirik”, - o bildirib.

Müşavirin sözlərinə görə, regiondakı bu ölkələrin iqlim təsirlərinə qarşı çox həssas olduğunu qəbul etmək eyni dərəcədə vacibdir: “Məsələn, Tacikistan və Qırğızıstan Respublikasında buzlaqların əriməsi su ehtiyatları və kənd təsərrüfatı baxımından bütün aşağı axına malik ölkələrə ciddi təsir göstərəcək. Buna görə də su idarəçiliyinin təkmilləşdirilməsinə diqqət yetirmək həqiqətən vacibdir”.

Son xəbərlər

Orphus sistemi