Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün "ADA" Universitetində "İqlim dəyişikliyinin səbəbləri və həlli yolları: hökumət tərəfindən görüləcək işlər, vətəndaş cəmiyyətinin öhdəlikləri və texnoloji həll yolları" adlı konfrans keçirilib. "Report" xəbər verir ki, tədbirin açılışında "ADA" Universitetinin rektoru
"ADA" Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, bugünkü tədbir çox vacib problemlərin həll olunması məsələsi kimi qiymətləndirilməlidir: "90-cı illərdə bu məsələ çox geniş müzakirə mövzusu idi. 2000-ci ildən isə siyasi mövzuya belə çevrilə bildi".
Onun sözlərinə görə, "ADA" Universiteti regionda ilk müəssisədir ki, tikinti zamanı geotermal adlanan vasitələrdən istifadə edilib: "Bununla da yerin öz istiliyindən istifadə edərək həm soyutma, həm də isitməni təmin edə bilirik".
H.Paşayev xatırladıb ki, Fransa bu ilin noyabr ayından Parisdə keçirilən
Səfir Paskal Mönye çıxışı zamanı deyib ki, konfransa ev sahibliyi edəcək Fransa tədbirin uğurla keçməsi və Kopenhagendə 2009-cu ildə baş tutan COP 15 konfransının uğursuz senarisinin təkrar edilməməsi üçün öz üzərinə tam öhdəlik götürür: "Konvensiyanın 196 üzv ölkəsinə iyunun sonunadək Paris sazişi ilə bağlı temperatur artımının saxlanılmasına dair töhfələrini ictimaiyyətə bildirmələri üçün müraciət edilib. İndiyə kimi 37 ölkə öz üzərinə öhdəlik götürüb. Belə ki, İsveçrə havaya istixana effektli qaz buraxılışını 1990-cı illə müqayisədə 2025-ci ilə qədər 35% və 2050-ci ilə qədər 70-85 % azaltmağı öz üzərinə götürür.
P.Mönye onu da qeyd edib ki, vətəndaş cəmiyyətlərini və yerli xalqları təmsil edən 130-dan çox hökumət, şirkət və qruplar 2020-ci ilə qədər meşələrin qırılmasını yarıya qədər azaltmağı və 2030-cu ildə isə bu qırılmaya son qoymağı vəd edir: "20-dən çox hökumət, 30 təşkilat və şirkətlər bu yaxınlarda təsis edilən iqlim və səmərəli kənd təsərrüfatı üzrə Dünya İttifaqına qoşulacaqlarını elan ediblər. Dünyada 2000-dən artıq şəhər meri 2020-ci ilə qədər istixana effektli qaz buraxılışını 454 megaton azaldılmasını öhdəsinə götürən pakt imzalayıblar".
Tədbirdə qeyd olunub ki, 2014-cü il dünya miqyasında ən isti il olub. Mütəxəssislər razılaşırlar ki, əgər heç bir tədbir görülməsə istilik 2100-cü ilə qədər +5°C arta bilər. İqlim dəyişikliyi indiki və yeni nəsillərin gələcəyinə təsir edir.
Tədbirdə, həmçinin biomüxtəliflik məsələsinə toxunulub. Bildirilib ki, nəsli kəsilməkdə olan növlər hər il artır. Səbəb yaşayış yerinin məhv olunması, torpaq, hava və suyun çirklənməsi, işıq və səs çirklənməsidir. Xəzər dənizinin nərə, tulka və su iti kimi bioloji növləri böyük təhlükə altındadır.
Su təminatı məsələsinə gəlincə, kənd təsərrüfatı və sənaye məqsədi ilə torpaq üzərində su mənbələrinin həddən artıq istifadə edilməsi ilə çirkli maddələr ətraf mühitə atılır və torpağın üst-aşağı qatlarında suyun keyfiyyətini dəyişir. Su mənbələri getdikcə məhdudlaşır və müəyyən regionlar daha da qeyri-məhsuldar olur, bu isə əhalinin yaşamasına təhlükə yaradır. Səhralaşma artıq Xəzər hövzəsi ətrafında aydın görünür. İqlim qaçqınlarının sayının çoxalması təhlükəsi realdır.
Sağlamlıq baxımından da bir sıra problemlər var ki, temperatur artması səbəbindən yaranan patogen bakteriyaların inkişafı və pis keyfiyyətli suyun əmələ gətirdiyi viruslu dalğalar gözlənilir. Qida çatışmazlığı və düzgün qidalanmama ilə bağlı problemlər dünyanın bir sıra regionlarında artacaq.
Su ehtiyatlarının və mədən yanacaqlarının çatışmazlığı münaqişələrə zəmin yaradacaq, bu isə əhalinin məcburi yerdəyişməsinin artmasına səbəb olacaq.
Tədbir panellərlə davam edib.