Abşeron Milli Parkında "Kamp Əyləncəsi" adlı tədbir keçirilib
Ekologiya
- 25 mart, 2023
- 09:32
Novruz bayramı ilə əlaqədar elan olunan tətil günlərində Abşeron Milli Parkında "Kamp Əyləncəsi" adlı bir gün keçirilib.
"Report" xəbər verir ki, Milli Parkı ziyarət edən turistlərin, dəvətli qonaqların qatıldığı əyləncədə Zaqulba FM komandası iştirak edib.
Komandanın təşkilatçılığı, ziyarətçilərin iştirakı ilə canlı gitar musiqisi ifa olunaraq ocaq ətrafında maraqlı söhbətlərlə əsl kamp həyəcanı yaşanıb. Bununla yanaşı, ziyarətçilər gün batımını da izləyib.
Eyni zamanda, tədbir zamanı viktorina təşkil olunub. Viktorinanın qaliblərinə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ziyarətçilərə açıq havada yaddaqalan və əyləncəli istirahət yaşatmaq məqsədilə növbəti kamp əyləncəsinin may ayında təşkil olunması planlaşdırılır.
Son xəbərlər
11:10
Zaqatalada yağıntılar aylıq normanı keçib - FAKTİKİ HAVA
Ekologiya11:05
Foto
Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb
Xarici siyasət11:03
Foto
Talaçaydan sel keçir
Hadisə10:57
Kabo Verde millisinin qapıçısı Vozinya Messi ilə komanda yoldaşı ola bilər
Futbol10:55
Livan Prezidenti ABŞ-yə səfər edəcək
Digər ölkələr10:54
Azərbaycan Prezidenti İordaniya Kralını ölkəyə səfərə dəvət edib
Xarici siyasət10:53
Foto
İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib
Xarici siyasət10:45
NATO sammiti çərçivəsində azı 50 milyard dollar dəyərində yeni razılaşmalar əldə olunub
Digər ölkələr10:41