Abşeron magistral kanalına maşınlarla kanalizasiya suları axıdılır

Abşeron magistral kanalına maşınlarla kanalizasiya suları axıdılır Abşeron Magistral su kanalınamaşınlarla kanalizasiya sularıaxıdılır.
Ekologiya
22 İyul , 2020 14:52
Abşeron magistral kanalına maşınlarla kanalizasiya suları axıdılır

Abşeron magistral kanalına maşınlarla kanalizasiya sularının axıdılması ilə bağlı sosial səbəkələrdə fotolar paylaşılıb.

“Report” xəbər verir ki, paylaşımda kanaldan ətraf ərazilərin sakinlərinin içməli su bə təsərrüfatı suvarmaq üçün istifadə etdiyi bildirilib.

Məsələ ilə bağlı Abşeron Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Qəmbər Həsənov “Report”a açıqlamasında deyib ki, mənbəsini Ceyranbatan su anbarından götürən kanal Zirəyə qədər uzanır: “Dəfələrlə vətəndaşlarla söhbətlər aparmışıq. Əlaqə nömrələrimizi də vermişik ki, kanala çirkab axıdan maşınları görərlərsə, sadəcə, dövlət qeydiyyatı nişanlarının şəklini çəksinlər. Çünki daha sona bu işlə hüquq-mühafizə orqanları məşğul olur. Bəzən sakinlər özləri biganəlik göstərir və gördükləri nöqsan barədə şikayət etmirlər. İldə iki dəfə nasoslarla kanalı təmizləyirik. Əgər həmin nasoslara nəsə olsa, birbaşa icra hakimiyyəti orqanlarının və bələdiyyələrin günahı olacaq".

"Biz dəfələrlə Baş Nazirə, icra hakimiyyətlərinə şikayət məktubları yazmışıq. Çünki ərazilərdə zibil konteynerləri olmur və daşınmır. Zibil də yığılıb iylənir, insanlar da götürüb kanala atır. Kanal boyu evlərdən axıdılan kanalizasiya borularını ləğv edib, şanbolar yaradıb ora axıtmışıq. Bu işlə “Azərsu” məşğul olmalıdır. Hər il nə qədər pul ayrılır ki, kanalizasiya sistemi qurulsun, amma qurulmur. Beləcə də insanlar həmin suyu kanala axıdır. Əvvəllər həmin kanalda növbənöv balıq olurdu, insanlar kənarında istirahət edirdi, Amma indi bizim işimiz yalnız kanaldan zibil təmizləmək olub”.

Son xəbərlər

Orphus sistemi