Agentlik rəisi: "25 xidmət üzrə rəy və icazələrin alınması elektronlaşdırılıb"

Agentlik rəisi: "25 xidmət üzrə rəy və icazələrin alınması elektronlaşdırılıb" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin yeni yaradılan Ekspertiza idarəetmə sisteminin təqdimatı keçirilib.
Ekologiya
14 Yanvar , 2022 15:36
Agentlik rəisi: 25 xidmət üzrə rəy və icazələrin alınması elektronlaşdırılıb
Mirsalam Qəmbərov

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin yeni yaradılan Ekspertiza idarəetmə sisteminin təqdimatı keçirilib.

"Report"un xəbərinə görə, layihə barədə Agentliyin rəisi Mirsalam Qəmbərov məlumat verib.

Onun sözlərinə görə, yeni xidmətin yaradılmasında məqsəd müraciətlərin elektronlaşdırılmasıdır: "Eyni zamanda vətəndaş-məmur təması tam aradan qaldırılaraq tam şəffaflığı təmin etmək, ekspertiza ilə bağlı rəy və icazə prosesinin sadələşdirilməsi, asan idarə olunması əsas üstünlüklərdən biridir".

O qeyd edib ki, araşdırmaların aparılması daha da sürətləndiriləcək: "Sistem vasitəsilə müraciətlərə reqlament üzrə gec baxılmasının səbəbləri də görünəcək. Vətəndaş bunu şəxsi kabinetdə də izləyə biləcək. 25 adda xidmət sistemdə öz əksini tapıb. Hesabatlılıq baxımından da şəffaflıq olacaq. Gələn müraciət və rəylər həmin hesabatlarda reyestr vasitəsilə sistemdə əks olunacaq".

M.Qəmbərov vaxtilə mənfi rəy alan sahibkarlar barədə məlumatlı olmaq üçün də xidmətin müsbət tərəfinin olacağına diqqət çəkib: "Hesab fakturalarının yazılması da elektron şəkildə olacaq. Yaxud da hansısa xidmət üzrə rüsumların məbləği də sistemdə qeyd olunacaq. Müraciətçilərə bütün mərhələlər barədə bildirişlər göndəriləcək.

Son xəbərlər

Orphus sistemi