Yuxarı

​Sabah Azərbaycanda qar yağacaq

Bakıda havanın temperaturunun gündüz 4-6° isti olacağı gözlənilir

Bakı. 2 noyabr. REPORT.AZ/ Sabah  noyabrın 3-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bu barədə “Report”a Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Gecə bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Şimal-qərb küləyinin 18-23 m/s, gecə və səhər arabir 25-30 m/s olacağı, yarımadanın bəzi yerlərində 33-35 m/s-dək güclənəcəyi, axşama doğru 9-14 m/s-dək mülayimləşəcəyi gözlənilir.

Bakıda havanın tempraturunun gündüz 4-6° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək - 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Yağıntı gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s olacaq, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s olacacaq, arabir 20-25 m/s, gecə ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s olacaq, arabir 20-25 m/s, gecə ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s olacaq, arabir 15-20 m/s, gecə ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s olacaq, arabir 20-25 m/s, gecə ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi 5-10 m/s olacaq, arabir 20-25 m/s, gecə ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi