Ziyadxan Əliyev "Boyalı gülüşlər"in təqdimatını edəcək

Ziyadxan Əliyev "Boyalı gülüşlər"in təqdimatını edəcək Kitab Azərbaycanın tanınmış rəssamlarına həsr olunub
Ədəbiyyat
28 Noyabr , 2014 14:46
Ziyadxan Əliyev Boyalı gülüşlərin təqdimatını edəcək

Bakı.28 noyabr. REPORT.AZ/ Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin yeni kitabı çapdan çıxıb.

"Report" xəbər verir ki, bu barədə məlumat Azərbaycan Rəssamlar İttifaqından daxil olub.

Dekabrın 3-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin "Boyalı gülüşlər" adlı kitabının təqdimat mərasimi olacaq.

Kitabda Azərbaycan rəssamlarının görünməyən xasiyyətləri, həyat tərzləri, xüsusiyyətləri bir araya toplanaraq, oxucuya təqdim edilib.

Kitabın müəllifi Ziyadxan Əliyevin sözlərinə görə, 420 səhifədən ibarət olan bu unikal nəşrdə Azərbaycan rəssamlarının qədim dövrlərdən başlayaraq indiyə qədər həyatında baş vermiş məzəli əhvalatlar, eləcə də milli rəssamlıqla bağlı maraqlı hadisələr və rəssamların şarjları öz əksini tapıb.

Qeyd edək ki, dekabrın 3-də keçiriləcək təqdimat mərasimində kitabın imza günü və satışı da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi