Yuxarı
    Bağlamaq

    ​"Yeni Söz" ədəbi yaradıcılıq müsabiqəsinə əsər qəbulunun müddəti uzadılıb

    Əsərlərin qəbulu gələn il martın 1-dək aparılacaq

    Bakı. 28 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi "Yeni Söz" ədəbi yaradıcılıq müsabiqəsinə əsər qəbulunun müddəti uzadılıb.

    Bu barədə "Report"a Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

    Mükafatın Azərbaycan ədəbi mühitində daha geniş arealı əhatə etməsi niyyətilə əsərlərin qəbul tarixi mart ayının 1-nə qədər uzadılıb.

    Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti 35 yaşa qədərdir. Hər nominasiya üzrə qalib gəlmiş əsərlər xarici dillərə çevriləcək və beynəlxalq müstəvidə təbliğatı üzrə müəyyən işlər həyata keçiriləcək.

    "Yeni Söz" ədəbi yaradıcılıq müsabiqəsi Azərbaycan dilində yazılmış ən yaxşı bədii nümunələrin üzə çıxarılması, Azərbaycan, həmçinin tərcümə edilərək dünya oxucusuna çatdırılması, istedadlı gənclərin yaradıcı potensialının dəyərləndirilməsi, dilimizin, söz sənətimizin zəngin, əvəzolunmaz məziyyətlərinin müəyyən edilməsi və gələcək nəsillərə ötürülməsi, gənc yazarlara diqqət və qayğının artırılması məqsədilə təsis edilib. Müsabiqənin iki ildən bir keçirilməsi nəzərdə tutulub.

    Qeyd edək ki, əvvəl müsabiqə üçün qoyulan vaxt dekabrın 23-də başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi