"Report" xəbər verir ki, bu barədə AYBKİTAB.az saytının yaydığı məlumatda bildirilir. Yeni nəşr şair-publisist Rəşad Məcidin "Çiyələk qadın" adlı şeirlər kitabıdır. "Çiyələk qadın" kitabı dekabrda işıq üzü görəcək. Kitaba Rəşid Məcidin sevgi şeirləri daxil edilib.
Qeyd edək ki, dekabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda "Çiyələk qadın"ın təqdimat mərasimi və müəllifin imza günü keçiriləcək.