Yazıçılar Birliyində uzun müddətdən sonra ilk dəfə bədii-publisistik yazının müzakirəsi keçiriləcək

Yazıçılar Birliyində uzun müddətdən sonra ilk dəfə bədii-publisistik yazının müzakirəsi keçiriləcək Mayın 10-da Azərbaycan Yazıçıları Birliyinin Natəvan klubunda şair Tofiq Nurəlinin “YOL bədii-publisistik yazısının müzakirəsi keçiriləcək.
Ədəbiyyat
7 May , 2019 18:09
Yazıçılar Birliyində uzun müddətdən sonra ilk dəfə bədii-publisistik yazının müzakirəsi keçiriləcək

Mayın 10-da Azərbaycan Yazıçıları Birliyinin Natəvan klubunda şair Tofiq Nurəlinin “YOL" bədii-publisistik yazısının müzakirəsi keçiriləcək.

"Report"un məlumatına görə, yazı “Azərbaycan" jurnalının 4-cü sayında dərc olunub.

Bu, şairlə görüş və ya kitab təqdimatı deyil. AYB və “Azərbaycan“ jurnalının tarixində uzun müddətdən sonra ilk dəfə bədii-publisistik yazının müzakirəsi keçiriləcək. Müzakirəyə səbəb yazıda unudulmuş qədim bir yolun nümunəsində Azərbaycan tarixi, coğrafiyası, iqtisadiyyatı, bu gün və sabahla bağlı bir sıra suallara cavab axtarışıdır.

Şair geniş auditoriyada oxucularla çox az-az görüşdüyünü nəzərə alaraq, iştirakçılara özünün şeir kitablarını da hədiyyə edəcək.

Son xəbərlər

Orphus sistemi