Yazıçılar Birliyində Söhrab Tahirə həsr edilən tədbir keçiriləcək

Yazıçılar Birliyində Söhrab Tahirə həsr edilən tədbir keçiriləcək Şairlə görüş martın 28-də olacaq
Ədəbiyyat
23 Mart , 2016 19:14
Yazıçılar Birliyində Söhrab Tahirə həsr edilən tədbir keçiriləcək

Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycanın xalq şairi Söhrab Tahirə həsr edilən tədbir keçiriləcək. Şairlə görüş martın 28-i saat 14.00-də Azərbaycan Yazıçılar Birliyində (AYB) baş tutacaq. Bu barədə "Report"a AYB-nin sədrinin müşaviri Rauf Aslanov məlumat verib.

Azərbaycan Yazıçılar Birliyində təşkil ediləcək tədbirdə Söhrab Tahirin qələm dostları, yaxınları iştirak edəcək.

Xatırladaq ki, 2016-cı ildə Söhrab Tahirin 90 yaşı tamam olacaq.

Yazıçı 1926-cı il avqustun 6-da Cənubi Azərbaycanda anadan olub.

Son xəbərlər

Orphus sistemi