​Yazıçı Anarın yeni kitabının imza günü keçirilib

​Yazıçı Anarın yeni kitabının imza günü keçirilib Anar: "Mən 27 ildir AYB-də belə izdiham görməmişəm"
Ədəbiyyat
17 Dekabr , 2014 16:09
​Yazıçı Anarın yeni kitabının imza günü keçirilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda AYB-nin sədri, xalq yazıçısı Anarın "Göz muncuğu" kitabının imza günü keçirilib. "Report"un xəbərinə görə, izdihamla müşayiət olunan tədbirdə AYB-nin katibi Rəşad Məcid, deputat, yazıçı Hüseynbala Mirələmov, yazıçı, dramaturq Əli Əmirli, AYB-nin mətbuat katibi Xəyal Rza, tənqidçi Pərvin Nurəliyeva və başqaları iştirak edib.

Tədbir imza mərasimi ilə başlayıb.

R.Məcid bildirib ki, tədbiri keçirməkdə əsas məqsəd oxuculara müəllifin şəxsən özü tərəfindən imzalı kitabın təqdim edilməsidir.

X.Rza isə qeyd edib ki "Göz muncuğu" kitabı Yazıçılar Birliyinin "AYB Kitab" layihəsinin 4-cü işidir: "Bu layihəni dəstəkləyənlərdən biri Anar müəllimdir".

İmza günündə müəllif özü də çıxış edib. "Mən 27 ildir AYB-də çalışıram, amma burda indiyədək belə izdiham görməmişəm".

Son xəbərlər

Orphus sistemi